SCC Arbitration Institute

Dispute Resolution Clause – Azerbaijani

All the SCC Dispute Resolution Clauses in Azerbaijani

Arbitraj Qaydaları

Bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia SCC Arbitraj İnstitutunun Arbitraj Qaydalarına uyğun və yekun olaraq həll ediləcəkdir.

Tövsiyə edilən əlavələr:

Arbitrajın yeri […] olacaqdır.

Arbitraj prosesinin dili […] olacaqdır.

Bu müqavilə […] hüququ ilə tənzimlənəcəkdir.

Sürətləndirilmiş Arbitraj Qaydaları

Bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia SCC Arbitraj İnstitutunun Sürətləndirilmiş Arbitraj Qaydalarına uyğun və yekun olaraq həll ediləcəkdir.

Tövsiyə edilən əlavələr:

Arbitrajın yeri […] olacaqdır.

Arbitraj prosesinin dili […] olacaqdır.

Bu müqavilə […]hüququ ilə tənzimlənəcəkdir.

Birləşdirilmiş Qeyd-Şərt – ilk seçim olaraq Sürətləndirilmiş Arbitraj Qaydaları

Bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia SCC Arbitraj İnstitutu (“SCC”) tərəfindən idarə olunan arbitraj ilə yekun olaraq həll ediləcəkdir.

SCC öz mülahizəsinə əsasən işin mürəkkəbliyini, iddia qiymətini və digər halları nəzərə alaraq SCC Arbitraj Qaydalarının tətbiq edilməli olduğunu müəyyən etmədikcə, Sürətləndirilmiş Arbitraj Qaydaları tətbiq ediləcəkdir. Digər halda, SCC arbitraj məhkəməsinin bir və ya üç arbitrdən ibarət olunmasına dair qərar da qəbul edəcəkdir.

Tövsiyə edilən əlavələr:

Arbitrajın yeri […] olacaqdır.

Arbitraj prosesinin dili […] olacaqdır.

Bu müqavilə […] hüququ ilə tənzimlənəcəkdir.  

Birləşdirilmiş Qeyd-Şərt – dəyərə əsasən

Bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia SCC Arbitraj İnstitutu (“SCC”) tərəfindən idarə olunan arbitraj ilə yekun olaraq həll ediləcəkdir.
 
İddia qiyməti 100 000 EUR-u keçmədiyi halda, Sürətləndirilmiş Arbitraj Qaydaları tətbiq ediləcəkdir. İddia qiyməti 100 000 EUR-u keçdikdə, Arbitraj Qaydaları tətbiq ediləcəkdir. İddia qiyməti 100 000 EUR-u keçib, lakin 1 000 000 EUR-dan çox olmadıqda, arbitraj məhkəməsinin tərkibi tək arbitrdən ibarət olacaqdır. İddia qiyməti 1 000 000 EUR-u keçdikdə isə arbitraj məhkəməsinin tərkibi üç arbitrdən ibarət olacaqdır. İddia qiymətinə arbitraj bildirişində və ona cavab olaraq irəli sürülən hər hansı qarşı iddiada tələb edilən məbləğ daxildir.
 
Tövsiyə edilən əlavələr:
 
Arbitrajın yeri […] olacaqdır.
Arbitraj prosesinin dili […] olacaqdır.
Bu müqavilə […] hüququ ilə tənzimlənəcəkdir.

SCC Ekspres – mövcud mübahisənin SCC Ekspresə təqdim edilməsinə dair nümunəvi müqavilə

İmzalayan tərəflər bununla da razılaşırlar ki, [müqavilənin adı/tarixi] ilə bağlı yaranan və [mübahisənin təsviri] ilə bağlı mübahisəni SCC Arbitraj İnstitutunun Mübahisənin Ekspres Qiymətləndirilməsi Qaydalarına uyğun olan prosedurlara təqdim edəcəklər.
 
Mümkün əlavələr (əlavə 1 və 2 alternativ seçimlərdir):

  1. Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. 
  2. Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. Hər hansı tərəf qiymətləndirməni aldığı andan [30] gün ərzində arbitraj tələbini irəli sürdükdə, qiymətləndirmə yalnız arbitraj məhkəməsi tərəfindən digər tapşırıq və ya qərar verilmədiyi halda tərəflər üçün məcburidir və etibarlıdır.
  3. Tərəflər Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq müstəqil qiymətləndiricinin gəldiyi nəticələri və qiymətləndirmənin mahiyyətinə dair və ya qiymətləndirmə ilə bağlı öyrəndiyi məlumatları növbəti arbitrajda və ya digər hallarda istifadə edə bilərlər.
  4. Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarının 11-ci maddəsinə əsasən, [tərəflərdən biri] SCC Ekspresin xərcləri üzrə məsuliyyət daşıyacaqdır.

SCC Ekspres – müqavilənin xüsusi müddəası ilə bağlı mübahisənin SCC Ekspresə təqdim edilməsinə dair nümunəvi qeyd-şərt

Müqavilənin [Müqavilə müddəası]nın təfsiri və tətbiqinə dair mübahisə yarandığı halda, aşağıdakı müddəalar tətbiq olunacaqdır:
 
Bu müqavilədən yaranan mübahisələrin dairəsini məhdudlaşdırmaq məqsədi ilə tərəflər razılaşırlar ki, mübahisə [müqavilə müddəası]nın təfsiri və tətbiqi ilə bağlı olduqda, onlar öncəliklə Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına əsasən qiymətləndirmə tələb edəcəklər. Bu razılaşma tərəflərdən heç birini istənilən zaman mübahisəni [bu müqavilənin [….]-ci maddəsində] göstərilən qaydada arbitraja təqdim etməkdən məhrum etmir.
Mümkün əlavələr (əlavə 1 və 2 alternativ seçimlərdir):

  1. Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. 
  2. Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. Hər hansı tərəf qiymətləndirməni aldığı andan [30] gün ərzində arbitraj tələbini irəli sürdükdə, qiymətləndirmə yalnız arbitraj məhkəməsi tərəfindən digər tapşırıq və ya qərar verilmədiyi halda tərəflər üçün məcburidir və etibarlıdır.
  3. Tərəflər Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq müstəqil qiymətləndiricinin gəldiyi nəticələri və qiymətləndirmənin mahiyyətinə dair və ya qiymətləndirmə ilə bağlı öyrəndiyi məlumatları növbəti arbitrajda və ya digər hallarda istifadə edə bilərlər.
  4. Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarının 11-ci maddəsinə əsasən, [tərəflərdən biri] SCC Ekspresin xərcləri üzrə məsuliyyət daşıyacaqdır.

SCC Ekspres – müqavilənin təfsiri və tətbiqinə dair mübahisənin SCC Ekspresə və mübahisə həll olunmadıqda, SCC arbitraja təqdim edilməsinə dair nümunəvi qeyd-şərt

Bu müqaviləyə dair mübahisə yarandığı halda, tərəflər ilkin olaraq Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına əsasən mübahisənin və ya mübahisə üçün əhəmiyyət kəsb edən müəyyən məsələ(lər)in  qiymətləndirilməsinə dair tələb irəli sürmələri ilə bağlı razılığa gəlirlər. Bu razılaşma tərəflərdən heç birini istənilən zaman bu müqavilədəki mübahisələri arbitraja təqdim etməkdən məhrum etmir və belə halda bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia SCC Arbitraj Qaydalarına uyğun və yekun olaraq həll ediləcəkdir.
Tövsiyə edilən əlavələr:
Arbitrajın yeri […] olacaqdır.
Arbitraj prosesinin dili […] olacaqdır.
Bu müqavilə […] hüququ ilə tənzimlənəcəkdir.
 
Mümkün əlavələr (əlavə 1 və 2 alternativ seçimlərdir):

  1. Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. 
  2.  Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. Hər hansı tərəf qiymətləndirməni aldığı andan [30] gün ərzində arbitraj tələbini irəli sürdükdə, qiymətləndirmə yalnız arbitraj məhkəməsi tərəfindən digər tapşırıq və ya qərar verilmədiyi halda tərəflər üçün məcburidir və etibarlıdır.
  3.  Tərəflər Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq müstəqil qiymətləndiricinin gəldiyi nəticələri və qiymətləndirmənin mahiyyətinə dair və ya qiymətləndirmə ilə bağlı öyrəndiyi məlumatları növbəti arbitrajda və ya digər hallarda istifadə edə bilərlər.
  4.  Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarının 11-ci maddəsinə əsasən, [tərəflərdən biri] SCC Ekspresin xərcləri üzrə məsuliyyət daşıyacaqdır.

SCC Ekspres – mübahisənin çox mərhələli həllinə dair, mərhələlərin ikisi olaraq SCC Ekspres və SCC arbitrajlı nümunəvi qeyd-şərt

[Bu müqavilədən/bu müddəadan] yaranmış mübahisə ilkin olaraq [mübahisənin müzakirəsi üçün tərəflərin razılığı ilə müəyyən olunan göstəriş, məsələn, icraçı direktorlar arasında görüşlər] ilə həll edilməlidir.

Mübahisə [yuxarıdakı paraqraf]da göstərilən formada həll edilə bilinmədiyi halda, tərəflər ikinci mərhələ olaraq Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına əsasən mübahisənin və ya mübahisə üçün əhəmiyyət kəsb edən müəyyən məsələ(lər)in  qiymətləndirilməsinə dair tələb irəli sürməyi öhdələrinə götürürlər.

Mübahisə yuxarıdakı müddəalara uyğun olaraq həll edilə bilinmədiyi halda, tərəflər mübahisəni SCC Arbitraj Qaydalarına uyğun və yekun olaraq həll edilməsi üçün arbitraja təqdim edəcəklər. Arbitrajın yeri […] olacaqdır. Arbitraj prosesinin dili […] olacaqdır. Bu müqavilə […] hüququ ilə tənzimlənəcəkdir.

Bu razılaşma tərəflərdən heç birini istənilən zaman bu razılaşmadakı mübahisəni yuxarıdakı paraqrafa uyğun olaraq arbitraja təqdim etməkdən məhrum etmir.

Mümkün əlavələr (əlavə 1 və 2 alternativ seçimlərdir):

  1.  Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. 
  2.  Müstəqil qiymətləndiricinin Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq gəldiyi nəticələr tərəflər üçün müqavilə üzrə məcburidir. Hər hansı tərəf qiymətləndirməni aldığı andan [30] gün ərzində arbitraj tələbini irəli sürdükdə, qiymətləndirmə yalnız arbitraj məhkəməsi tərəfindən digər tapşırıq və ya qərar verilmədiyi halda tərəflər üçün məcburidir və etibarlıdır.
  3.  Tərəflər Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarına uyğun olaraq müstəqil qiymətləndiricinin gəldiyi nəticələri və qiymətləndirmənin mahiyyətinə dair və ya qiymətləndirmə ilə bağlı öyrəndiyi məlumatları növbəti arbitrajda və ya digər hallarda istifadə edə bilərlər.
  4.  Mübahisənin Ekspres Qiymətləndirilməsinə dair SCC Qaydalarının 11-ci maddəsinə əsasən, [tərəflərdən biri] SCC Ekspresin xərcləri üzrə məsuliyyət daşıyacaqdır.

Nümunəvi Mediasiya Qeyd-Şərti

Tərəflərdən biri etiraz etmədikcə, bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia, SCC Arbitraj İnstitutunun Mediasiya Qaydalarına uyğun olaraq mediasiyaya təqdim ediləcəkdir.

Nümunəvi Mediasiya Qeyd-Şərti – birləşdirilmiş qeyd-şərt

Tərəflərdən biri etiraz etmədikcə, bu müqavilədən yaranan, müqavilə ilə əlaqədar və ya müqavilənin pozuntusuna, xitamına və ya etibarsızlığına dair yaranmış hər hansı mübahisə, ziddiyyət və ya iddia ilk olaraq SCC Arbitraj İnstitutunun Mediasiya Qaydalarına uyğun olaraq mediasiyaya təqdim ediləcəkdir. Tərəflərdən biri mediasiyaya etiraz etdiyi və ya mediasiya prosesinə xitam verildiyi halda, mübahisə yekun formada…
Önəmli!
Nümunəvi qeyd-şərtdən istifadə edildikdə, aşağıdakı seçimlərdən biri əlavə edilməlidir.
 
Seçim 1
…SCC Arbitraj İnstitutunun Arbitraj Qaydalarına uyğun olaraq arbitraj yolu ilə həll edilir.
Seçim 2
…SCC Arbitraj İnstitutunun Sürətləndirilmiş Arbitraj Qaydalarına uyğun olaraq arbitraj yolu ilə həll edilir.
Seçim 3
…SCC Arbitraj İnstitutunda (SCC) arbitraj yolu ilə həll edilir.
SCC öz mülahizəsinə əsasən işin mürəkkəbliyini, iddia qiymətini və digər halları nəzərə alaraq SCC Arbitraj Qaydalarının tətbiq edilməli olduğunu müəyyən etmədikcə, Sürətləndirilmiş Arbitraj Qaydaları tətbiq ediləcəkdir. Digər halda, SCC arbitraj məhkəməsinin bir və ya üç arbitrdən ibarət olunmasına dair qərar da qəbul edəcəkdir.
Seçim 4
…səlahiyyətli yurisdiksiyanın məhkəməsində həll edilir.

Mövcud mübahisənin SCC Arbitraj Qaydalarına əsasən arbitraja təqdim edilməsinə dair nümunəvi müqavilə

İmzalayan tərəflər bununla da  razılığa gəlirlər ki, [müqavilənin adı/tarixi] ilə bağlı yaranmış və [mübahisənin təsviri] ilə bağlı mübahisəni yekun həlli üçün SCC Arbitraj İnstitutunun Arbitraj Qaydalarına uyğun olaraq arbitraja təqdim edəcəklər.

Arbitraj məhkəməsi [tək arbitr][üç arbitr]-dən ibarət olacaqdır.

Arbitrajın yeri […] olacaqdır.

Arbitraj prosesinin dili […] olacaqdır.

Mübahisə […] hüququna əsasən həll ediləcəkdir.

İmzalayan Şəxslər

Tərəf 1:

Tarix:

Ad:

Vəzifə:

Tərəf 2:

Tarix:

Ad:

Vəzifə:

Mövcud mübahisənin SCC Sürətləndirilmiş Arbitraj Qaydalarına əsasən arbitraja təqdim edilməsinə dair nümunəvi müqavilə

İmzalayan tərəflər bununla da  razılığa gəlirlər ki, [müqavilənin adı/tarixi]-dən yaranmış və [mübahisənin təsviri] ilə bağlı mübahisəni yekun həlli üçün SCC Arbitraj İnstitutunun Sürətləndirilmiş Arbitraj Qaydalarına uyğun olaraq arbitraja təqdim edəcəklər.

Arbitrajın yeri […] olacaqdır.

Arbitraj prosesinin dili […] olacaqdır.

Mübahisə […] hüququna əsasən həll ediləcəkdir.

İmzalayan Şəxslər

Tərəf 1:

Tarix:

Ad:

Vəzifə:

Tərəf 2:

Tarix:

Ad: Vəzifə:

SCC Arbitraj İnstitutu bundan əvvəl Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu olaraq bilinirdi.